EN

Ötən il Azərbaycanda bütün vətəndaşların maaşı və pensiyaları artıb – Deputat

Bakı. Trend:

2025-ci ildə 5-ci dərin islahatlar zərfi qəbul edilib, minimumpensiya 14,3 % artaraq 320 manata, minimum əmək haqqı 16 % artaraq400 manata çatdırılıb, bütün vətəndaşların maaşlarında vəpensiyalarında artım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızınsosial rifah halının yüksəlməsi təmin edilib.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında NazirlərKabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsizamanı deyib.

Komitə sədri xatırladıb ki, hesabat ilində orta aylıq əmək haqqı9,3 % artaraq 1 103 manata, çatıb, orta aylıq pensiya 540 manat,yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib:

“Hesabat ilində 189 min nəfər münasib işlə təmin olunub, 18 minnəfər peşə hazırlığı kurslarına, 16,8 min nəfər isə özünəməşğulluqproqramına cəlb edilib, 11 min nəfər işsiz şəxsə işsizlikdənsığorta müavinəti verilib”.

M.Quliyev qeyd edib ki, özünüməşğulluq proqramı ilə əhatə olunanşəxslərin sayı 2017-2026 ci illər üzrə 110 min nəfərdən çoxolacaq.

Chosen
45
az.trend.az

1Sources