ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
“Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır.
Bölgədəki bütün inkişaflar milli təhlükəsizlik prioriteti olaraq diqqətlə izlənilir və qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
Bundan əvvəl də İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb. Hər iki raket havada məhv edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.