ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukrayna Üçüncü Ordu Korpusunun komandirinə sui-qəsd hazırlayan rus agenti saxlanılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bəyanatda agentin adı çəkilmir, lakin korpus komandirinin general Andrey Biletski olduğu məlumdur.
Qeyd olunur ki, agent döyüş zonasında ukraynalı generalın yerləşdiyi yerə zərbə endirməyə hazırlaşırdı. Onun Ukrayna ordusunda xidmət edən və Rusiya xüsusi xidməti tərəfindən ələ alınan PUA operatoru olduğu bildirilir.
O Ukrayna Silahlı Qüvvələri generalının öz bölməsinin mövqelərinə gəlişinin vaxtı və yeri barədə məlumat əldə etməyə çalışıb, həmçinin həmkarlarından məxfi məlumatlar əldə edib.

SBU bildirib ki, rus agenti düşmənin ayrıca hədəf almağa hazırlaşdığı briqadasının qərargahının və təlim mərkəzinin yerini işğalçılara sızdırmalı idi. Ukrayna tərəfi rus "köstəbəyini" casusluq fəaliyyətinin ilkin mərhələsində ifşa ediblər. Xüsusi əməliyyatın son mərhələsində agent qarnizon ərazisində saxlanılıb. Onun işğalçılarla əlaqə saxlamaq üçün istifadə etdiyi smartfonu müsadirə edilib.
Məlumatda deyilir ki, sözügedən şəxs vətənə xəyanətdə ittiham olunacaq və bu maddə ilə onu ömürlük həbs cəzası gözləyir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.