EN

Türkiyəyə İrandan növbəti ballistik raket atılıb - Rəsmi 

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan Türkiyə istiqamətinə üçüncü raket buraxılması barədə məlumatı təsdiq edib...

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Qurumdan bildirilib ki, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhlükəyə qarşı qətiyyətli şəkildə bütün zəruri tədbirlər görülür.

Nazirlik həmçinin qeyd edib ki, hadisənin bütün detalları aydınlaşdırılması üçün müvafiq ölkə ilə diplomatik təmaslar qurulub.

Qeyd edək ki, son günlər Türkiyənin Hatay və Qaziantep bölgələrinin hava məkanında da İrandan atıldığı bildirilən raketlər zərərsizləşdirilmişdi. (Milli.Az)

Poliqon.info

Chosen
31
3
poliqon.info

10Sources