EN

Simonyan erməni deputatları Türkiyəyə aparacaq

Ermənistan Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək.

Azreform.info Modern.az-a istinadla xəbər verir ki, bu barədə parlamentin saytında qeyd edilib.

Erməni deputatlar 16-19 aprel tarixlərində İstanbulda Parlamentlərarası Birliyin iclasında iştirak edəcəklər.

Nümayəndə heyətinə deputatlar Sarqis Xandanyan, Tsovinar Vardanyan və Hasmik Hakobyan daxil olacaq. Parlament aparatının üzvləri də Türkiyəyə səfər edəcəklər.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur; sərhəd 1993-cü ildən bağlıdır. Ölkələr arasındakı mürəkkəb münasibətlər bir sıra səbəblərdən qaynaqlanır. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç arasında ilk görüş 2022-ci ilin yanvar ayında Moskvada baş tutub.
1 iyul 2022-ci ildə Rubinyan və Kılıç arasında Vyanada keçirilən görüşdə üçüncü ölkə vətəndaşlarının və diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədini ən qısa müddətdə keçə bilməsi üçün razılıq əldə edilib. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

Chosen
3
3
azreform.info

4Sources