EN

Sosial ödənişlər artırılır? Baş nazir AÇIQLADI

“2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib. Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

“2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur). Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır”, – deyə Baş nazir bildirib./unikal

Tarix: 13 Mart 2026, 12:53   
Chosen
44
16
pravda.az

10Sources