EN

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir (FOTO)

Bakı. Trend:

Lider mobil operatorun dəstəyi ilə “Her Art inAction” festivalının açılış mərasimi keçirilib

Gender bərabərliyinin təşviqi və qadınların imkanlarınıngenişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən Azercell budəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığıilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşıqismində çıxış edir. Festival Azərbaycanda qadın rəssamlar üçüntəhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənətvə mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfəvermək məqsədi daşıyır.

Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilətəşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.

Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatikkorpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələriiştirak ediblər.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyətdepartamentinin direktoru Sona Abbasova şirkətin qadınlarıninkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib: “Qadınlarınictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətindavamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzunillərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlikbacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir.Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcıpotensialının üzə çıxarılması ilə yanaşı, milli mədənidəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühümtöhfə verəcək”.

Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalıqadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəniəməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxışedir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştiraketməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformayaçevirir. Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələritəmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərətəqdim olunub.

Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞAHolding-in, Niderland Krallığının və İspaniya KrallığınınAzərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir.

“Her Art in Action” festivalı haqqında ətraflı məlumatlahttps://herartinaction.com/ saytında tanış olabilərsiniz.

Azercell
Azercell
Azercell
Azercell
Azercell
Azercell
Məqalədə:
Chosen
2
11
az.trend.az

10Sources