AZ

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Gender bərabərliyinin təşviqi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən Azercell bu dəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığı ilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşı qismində çıxış edir.

Festival Azərbaycanda qadın rəssamlar üçün təhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənət və mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfə vermək məqsədi daşıyır.

Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.

Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin qadınların inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib:

Seçilən
0
6
publika.az

10Mənbələr