Bakı. Trend:
2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğuhalda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.
Trend xəbərverir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovparlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ciildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
“2015-ci ildə Azərbaycanın məktəblərində 1,5–1,6 milyon uşaqtəhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizimməktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq ki, bu da 50minədək müəllimin işsizlik riskini yaradır.
Bir neçə on ildən sonra isə, yəqin ki, pensiyada olan əhali iləişləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddidəyişikliklər baş verəcək ki, bu da həm iqtisadiyyatımıza, həm dəsosial siyasətimizə ciddi təsir göstərə bilər.
Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hörmətlibaş nazirin başçılığı ilə hökumətimizin demoqrafik məsələlərədiqqəti artırılmış olacaq”, - deyə Ə.Əhmədov qeyd edib.