EN

Pezeşkian: “İran müharibəni davam etdirmək istəmir”

Prezident Məsud Pezeşkian bildirib ki, İran müharibəni başlatmayıb və onu davam etdirmək niyyətində deyil. 

"Cebheinfo.az" xəbər verir ki, “Islamic Republic News Agency”-nin məlumatına görə, Pezeşkian ilə Narendra Modi telefon danışığı zamanı bölgədəki son hadisələri müzakirə ediblər. Pezeşkian deyib: 

“İran müharibəni başlatmayıb və onu davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan bölgədəki ABŞ bazaları hədəfə alınıb”. 

İranın bölgədə təhlükəsizliksiz mühit yaratmaq istəmədiyini bildirən Pezeşkian BRICS ölkələrinin regional sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında aktiv rol oynamasının vacibliyini vurğulayıb. 

Modi isə münaqişənin daha da gərginləşməsinin heç bir tərəfin xeyrinə olmadığını bildirib. Bundan əlavə, Modi “X” sosial şəbəkəsindəki hesabından açıqlama verərək Pezeşkiana gərginliyin artması, mülki şəxslərin həyatını itirməsi və mülki infrastruktura ziyan vurulması ilə bağlı dərin narahatlıq keçirdiyini çatdırdığını qeyd edib. 

Modi bildirib ki, malların və enerji daşımalarının fasiləsiz davam etməsi Hindistan üçün prioritetdir və dialoqla diplomatiyaya ehtiyac var. 

Chosen
35
cebheinfo.az

1Sources