EN

SOCAR ötən il neft və qaz satışından 1,7 milyard dollar gəlir əldə edib

Ötən il ərzində SOCAR-ın valyuta və hesablaşma hesablarına 32,3 mlrd. manat vəsait daxil olub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə SOCAR üzrə əsaslı vəsait qoyuluşu 954,1 mln. manat təşkil edib, il ərzində şirkətin valyuta və hesablaşma hesablarına 32,3 mlrd. manat vəsait daxil olub.

2025-ci ildə SOCAR üzrə 7,1 mln. ton neft və 7,8 mlrd. kubmetr qaz hasil edilib, neftin 2,5 mln. tonu, təbii qazın isə 2,9 mlrd. kubmetri ixraca yönəldilib. İxrac neftinin bütün həcmi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunub.

“Neft və qazın ixracından daxilolmalar ümumilikdə 1,7 mlrd. ABŞ dolları təşkil edib”, – hesabatda vurğulanır.

AzPost.az

Chosen
5
5
azpost.info

6Sources