2026-cı il yanvar ayının 1-inə olan göstəricilərə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər, qeyri-dövlət sektorunda ise 942,2 min nəfər təşkil edib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı, qalanları isə müxtəlif xidmət sahələrində fəaliyyət göstəriblər.
Günay Şahmar, Bizim.Media