EN

Azad edilmiş ərazilərdə köçkünlərə ayrılmış yaşayış sahələri onların mülkiyyətinə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə köçkünlərə ayrılmış yaşayış sahələri onların mülkiyyətinə veriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə "İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi haqqında" Fərman layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.

Chosen
14
8
fed.az

10Sources