EN

Xaçmaz icra başçısından yeni TƏYİNATLAR – ÖZƏL

Xaçmaz rayonunda yerli icra nümayəndələri arasında yerdəyişmə olub.

Bu barədə Xaçmaz İH başçısı Elnur Rzayev əmr imzalayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə başçının Xudat şəhəri nümayəndəsi Budaq Əliyev Nabran İƏD üzrə nümayəndə, Qusarçay İƏD üzrə nümayəndə Nahid Hacıyev isə Xudat şəhərinə nümayəndə göndərilib.
 

Başçının digər əmrilə Nabran İƏD üzrə nümayəndə Nəzakət İskəndərova Yalama İƏD üzrə nümayəndə,Yalama İƏD üzrə nümayəndə Rüfət Sərdarov isə Qusarçay İƏD üzrə nümayəndə təyin edilib. 


Bundan əlavə Susay İƏD üzrə nümayəndə Ruslan Məmmədov isə Qaraçı İƏD üzrə nümayəndə vəzifəsinə təyinat alıb.

Qaraçı içra nümayəndəsi Elçin Abdullayev isə Aşağı Zeyid İƏD üzrə nümayəndə təyin edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
41
1
bizim.media

2Sources