EN

“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir” - MİKAYIL CABBAROV

“Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir vahidə birləşdirən ortaq layihə, regional inteqrasiyanın və iqtisadi əməkdaşlığın əsas elementlərindən biri kimi çıxış edir. Bu təşəbbüs, yalnız ticarət əlaqələrinin gücləndirilməsi baxımından deyil, həm də strateji tranzit və logistika baxımından əhəmiyyət daşıyır”.

SİA xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" adlı paneldə bildirib.

Nazir bildirib ki, Çin mallarının bu region vasitəsilə Türkiyəyə, Avropaya və əks istiqamətdə daşınması, həm iqtisadi, həm də siyasi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu, həm regional, həm də qlobal ticarət axınlarının optimallaşdırılmasına imkan yaradır, tranzit xərclərini azaldır və nəqliyyat infrastrukturunun səmərəli istifadəsini təmin edir.

Lakin layihənin əhəmiyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmır. O, həmçinin regional əməkdaşlıq və inteqrasiyanın davamlılığını təmin edən bir platforma funksiyasını da daşıyır. Layihə, bir proqram kimi hazırlanaraq planlı şəkildə həyata keçirilir və müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, ticarət, enerji və kommunikasiya sahələrində sinxron fəaliyyətin təmin olunmasına xidmət edir. Eyni zamanda, proqram vasitəsi olaraq tətbiqi, tərəfdaş ölkələrin layihəyə daha fəal iştirakını və qarşılıqlı fayda prinsiplərinə uyğun əməkdaşlığını mümkün edir.

Bu yanaşma, regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın təşviqi üçün strateji əhəmiyyət kəsb edir. Layihə eyni zamanda regional tərəfdaşlıqda qarşılıqlı etimadın artırılmasına, dövlətlər arasında koordinasiyanın səmərəli qurulmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə də töhfə verir. Nəticədə, Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən bu ortaq təşəbbüs yalnız iqtisadi platforma deyil, həm də regional inteqrasiyanın və strateji əməkdaşlığın davamlılığını təmin edən mühüm institusional mexanizm kimi çıxış edir”

Müəllif: Günay Hacıyeva
Chosen
28
sia.az

1Sources