EN

Vu Honqbo: Çin qlobal idarəetməyə öz yanaşmalarını təklif edir

Çin dünyada indiki turbulentlik və qeyri-müəyyənlik fonunda qlobal idarəetməyə öz ideyalarını və yanaşmalarını təklif etməyə çalışır.

"Report" xəbər verir ki, bunu 2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olan Vu Honqbo XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirəsi zamanı bəyan edib.

Onun sözlərinə görə, Çin üçün zəngin və kasıb, böyük və kiçik dövlətlər bərabərdir: "Xüsusilə inkişaf etməkdə olan ölkələr, dənizə çıxışı olmayan dövlətlər və kiçik ada dövlətləri inkişaf etmiş ölkələrlə eyni suverenliyə və bərabər hüquqlara malikdir".

V.Honqbo vurğulayıb ki, Çin beynəlxalq ictimaiyyət üçün beynəlxalq hüququn və ölkələr arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edən bir sıra təşəbbüslərlə çıxış edib:

"Beynəlxalq hüququn aliliyi - bu son dərəcə vacibdir. Bu element haqqında danışarkən biz BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara əsaslanan hüquq sistemini nəzərdə tuturuq. Düşünürəm ki, dünyada heç bir ölkə cəngəllik qanununa qayıtmaq istəmir".

Qeyd edək ki, daha əvvəl o, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini (2012–2017) vəzifəsini tutub, həmçinin Çinin Almaniyadakı səfiri (2009–2012) olub.

Chosen
41
far.az

1Sources