EN

5,5 bal gücündə zəlzələ məktəbdə zədələnmələrə səbəb olub

Tokatda baş vermiş 5,5 bal gücündə zəlzələ Niksar rayonundakı orta məktəbdə ziyana yol açıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin yoxlamalara görə, xüsusilə məktəbin dəhliz divarlarında zədələnmələr müşahidə olunub.

Məsul şəxslər məktəb binasında təhlükəsizlik məqsədilə yoxlamalar aparır və texniki heyət zədələnmiş divarları ətraflı şəkildə qiymətləndirəcək.

Hadisə zamanı hər hansı xəsarət və ya itki qeydə alınmayıb.

Qeyd edək ki, Tokat vilayət rəhbərliyi zəlzələ səbəbindən həmin bölgədə təhsilin 1 gün dayandırıldığını açıqlayıb.

Chosen
95
azedu.az

1Sources