EN

Romano Prodi: Qlobal ticarətdə elə bir balans yaradılmalıdır ki, sistem yalnız ABŞ-dan asılı olmasın

ABŞ Prezidenti Donald Tramp ilə Çin rəhbərliyi arasında görüş olacaq, müxtəlif səbəblərə görə onlar bu görüşə müəyyən dərəcədə özünəinamla gedəcəklər.

APA xəbər verir ki, bunu İtaliyanın sabiq Baş naziri, Avropa Komissiyasının keçmiş prezidenti Romano Prodi XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsində deyib.

O qeyd edib ki, Tramp bu görüşdən ABŞ-ın dünyadakı rolunu gücləndirmək üçün istifadə etməyə çalışacaq:

"Hazırda ABŞ sərhəd və ticarət siyasətini sərtləşdirir və bunun nəticəsində Çinin ABŞ-a birbaşa ixracı müəyyən qədər azalır. Bununla belə, Çin dünya iqtisadiyyatında böyük paya sahib olaraq qalır və qlobal ticarət sistemində mühüm rol oynayır.

Bu baxımdan, qlobal ticarətdə elə bir balans yaradılmalıdır ki, sistem yalnız ABŞ-dan asılı olmasın və beynəlxalq iqtisadi nizam qorunsun. Çinlə Avropa arasında münasibətlərə nəzər saldıqda isə bu istiqamətdə müəyyən tarazlığın formalaşdığı müşahidə olunur".

Chosen
65
3
apa.az

4Sources