EN

Rusiya: ABŞ və İsrailin təcavüzü Yaxın Şərqdə sabitliyi pozur

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və İsrailin İrana qarşı təcavüzünün Yaxın Şərqdə sabitliyi pozduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı qiymətləndirmələr aparıb.

İranla bağlı vəziyyətə toxunan Zaxarova bildirib ki, "ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi avantüra bütün Yaxın Şərq regionunun qeyri-sabitliyinə gətirib çıxarıb. Gərginlik davam edərsə, bunun geri dönməz nəticələri ola bilər".

Zaxarova bölgədəki humanitar vəziyyətin "dəhşətli" olduğunu vurğulayaraq bildirib ki, "ekoloji və radioloji fəlakətlərə səbəb ola biləcək hərbi əməliyyatlar dayandırılmalıdır".

Zaxarova bildirib ki, Rusiya İranla bağlı vəziyyətin həlli ilə bağlı təkliflər verib və bu məsələ ilə bağlı region ölkələri ilə intensiv əlaqələr saxlayır.

Aytən Yaşar/ Turkustan.az

Chosen
31
1
turkustan.az

2Sources