EN

Pakistandan Əfqanıstana növbəti hücum – Ölənlər var


Pakistan silahlı qüvvələri Əfqanıstan ərazisinə növbəti hava hücumları həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TOLO News” telekanalı Əfqanıstan hökumətinin xüsusi nümayəndəsi Zabihullah Mücahidə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Kabil şəhərindəki, eləcə də Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə hücum edilib. Həmçinin, Qəndəhar hava limanı yaxınlığındakı “Kam Air” yanacaq anbarına zərbələr endirilib.
Mücahid əlavə edib ki, bombardmanlar nəticəsində mülki şəxslər arasında itkilər olub.
Digər tərəfdən, Pakistanın Kabilə hava hücumları nəticəsində dörd nəfər həlak olub, 15 nəfər yaralanıb.
Bu barədə “The Times of India” qəzeti Əfqanıstan polisinə istinadla məlumat yayıb.
Chosen
12
1
yeniavaz.com

2Sources