AZ

Pakistandan Əfqanıstana növbəti hücum Ölənlər var

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pakistan silahlı qüvvələri Əfqanıstan ərazisinə növbəti hava hücumları həyata keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “TOLO News” telekanalı Əfqanıstan hökumətinin xüsusi nümayəndəsi Zabihullah Mücahidə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Kabil şəhərindəki, eləcə də Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə hücum edilib. Həmçinin, Qəndəhar hava limanı yaxınlığındakı “Kam Air” yanacaq anbarına zərbələr endirilib.

Mücahid əlavə edib ki, bombardmanlar nəticəsində mülki şəxslər arasında itkilər olub.

Digər tərəfdən, Pakistanın Kabilə hava hücumları nəticəsində dörd nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bu barədə “The Times of India” qəzeti Əfqanıstan polisinə istinadla məlumat yayıb.

Əfqanıstan polisinin xüsusi nümayəndəsi Xalid Zadranın sözlərinə görə, paytaxtdakı yaşayış binalarına da ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
yeniavaz.com

2Mənbələr