EN

ABŞ-da sinaqoqa hücum edənin kimliyi bəlli oldu

ABŞ hüquq-mühafizə orqanları Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin kimliyini müəyyən edib.

Publika.az xəbər verir ki, “NBC News”un məlumatına görə, onun Məhəmməd Baylor Cəlloh olduğu müəyyən edilib.

Hadisə 12 martda baş verib. Medianın məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Daha əvvəl Federal Təhqiqat Bürosunun direktoru Keş Patel sinaqoqun içərisində atışma baş verdiyini bildirmişdi. Daha sonra ərazi mühasirəyə alınmışdı.

Detroyt Yəhudi Federasiyası sosial mediada icma üzvlərinə hadisə yerindən uzaq durmaq çağırışı edib.

Chosen
22
publika.az

1Sources