EN

“Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik...”

ain.az, Adelet.az saytına istinadən bildirir.

1990-1993-cü illərdə Xocalı şəhərinin ilk polis rəisi olmuş Sabir Məmmədovun o hadisələrlə bağlı silsilə yazılarını təqdim edirik. 

Adalet.az xəbər verir ki, Sabir Məmmədovun bu dedikləri 1992-ci il yanvarın 30-da baş verib:

“DİN-ə getmişdim. Orda rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə söhbət zamanı məlum oldu ki, o, Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-dən aldığım hərbi sursatı Ağdama, ordan da Xocalıya aparmalı idim. Ağdam rayonuna gəldikdən sonra Əlifdən bir xəbər çıxmadığını görüb, vertolyot aparmaq qərarına gəldim və çox çətinliklə olsa da vertolyot əldə edə bildik”. 

O, deyib ki, DQMV-də vəziyyət get-gedə pisləşirdi:

“Biz polis əməkdaşları Əsgəranda və Xankəndidə iclaslara gedəndə və gələndə hər an qətlə yetiriləcəyimizi düşünürdük. O vaxt bu yolla çox adam oğurlayıb girov götürürdülər. Həsənabad, Malıbəyli və Quşçular kəndləri yandırılıb dağıdıldığı üçün artıq Xocalının da işğal edilməsi təhlükəsi yaranırdı. Artıq yaralıları nəinki müalicə etmək, hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. 1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, iki ədəd qoruyucu “Krakodil” vertolyotlarının müşayiəti ilə gətirildi. Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik. Vəziyyət get-gedə çətinləşirdi. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və yerli əhali hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. 

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanıldı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədildi. 

 Mənbə: Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir” kitabı.

Hazırladı: Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
adalet.az

2Sources