EN

ABŞ yanacaq dolduran təyyarəsi İraqın hava məkanında qəzaya uğradı

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyat zamanı istifadə etdiyi "KC-135" yanacaq dolduran (tanker-Qeyd) təyyarənin İraqın hava məkanında qəzaya uğradığını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə komandanlığın "X" hesabında paylaşıb edilib.
 
"Mərkəzi Komandanlıq KC-135 tanker təyyarəsinin itkisindən xəbərdardır. Hadisə "Epik Qəzəb" əməliyyatı zamanı dost hava məkanında baş verib və xilasetmə işləri davam edir. Hadisəyə iki təyyarə cəlb olunub. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə eniş edib. Hadisə nə düşmən, nə də dost atəşi ilə əlaqəli deyil", - deyə məlumatda qeyd olunub.
 
Chosen
86
1
moderator.az

10Sources