EN

ABŞ İraq üzərində KS-135 təyyarəsini itirib: İran onun vurulduğunu iddia edir

ABŞ Mərkəzi Komandanlığı KS-135 yanacaq təchizatçı təyyarəsini itirdiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, açıqlamada təyyarənin vurulmadığı, digər təyyarə ilə insident üzündən itirildiyi qeyd edilir. Bildirilir ki, insidentin digər iştirakçısı olan hava gəmisi uğurla yerə endirilib, digər təyyarənin ekipajı axtarılır.

İranın Baş Qərargahı isə iddia edir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaq təyyarəsi İraqın qərbində vurulub və ekipajı həlak olub. Bəyanat İranın dövlət televiziyası tərəfindən yayımlanıb: "ABŞ tankeri İraqın qərbində İraq müqavimət qrupları tərəfindən atılan raketlə vurulub. Təyyarə qəzaya uğrayıb və bütün heyət həlak olub".

Öz növbəsində İranın İraqdakı proksi qüvvələri olan İslam Müqaviməti iddia edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin başqa bir təyyarəsinə hücum ediblər: "Ölkəmizin və onun hava məkanının müdafiəsi üçün İraq İslam Müqaviməti başqa bir KC-135 təyyarəsinə hücum etdi, lakin onun heyəti qaça bildi və təyyarəni düşmən aerodromuna yönləndirdi".

The Washington Post və CBS News-un yaydığı məlumata görə, İraqda qəzaya uğrayan Amerika KC-135 tanker təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin digər eyni təyyarəsi ilə toqquşub.

Flightradar24 aviasiya resursuna görə, ikinci KC-135 təyyarəsi göyərtədə təcili yardım siqnalı verdikdən sonra Təl-Əvivdəki Ben Qurion hava limanındakı bazasına eniş edə bilib. X sosial media saytında yerləşdirilən İsrail görüntülərində təyyarənin şaquli stabilizatorunun zədələndiyi görünür.

Qeyd edək ki, hadisədən az əvvəl CENTCOM KS-135-in döyüş bölgəsində fəaliyyətini əks etdirən görüntülər paylaşmışdı.

Boeing istehsalı olan KS-135 təyyarələri 80-ci illərdən istismardadır. Onların 2040-cı ilədək istismar müddəti var.

 

Musavat.com

 

 

Chosen
44
50
musavat.com

10Sources