Füzuli rayonunda mina partlayıb.
Hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramiz Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.
