EN

Miçiqanda sinaqoqa hücum edən şəxs Livan əsilli imiş

Miçiqanda sinaqoqa hücum edən şəxs Livan əsilli imiş

Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin kimliyi müəyyən edilib.

AFN.az CNN-ə istinadən xəbər verir ki, hücum edən şəxs Livan mənşəli, 41 yaşlı ABŞ vətəndaşı Ayman Mohamad Qəzalidir.

Xatırladaq ki, hadisə Uest-Blumfilddəki "Temple Israel" sinaqoqunda baş verib. Tüfənglə silahlanmış şəxs avtomobillə binaya daxil olub və toqquşmadan sonra nəqliyyat vasitəsi alışıb. Sinaqoqun mühafizəçiləri hücum edən şəxsi atəş açaraq zərərsizləşdiriblər.

Sinaqoqdakı 140 uşaq və işçi heyəti xəsarət almayıb. Bir mühafizəçi avtomobilin zərbəsi nəticəsində yaralanıb, 30-a yaxın polis əməkdaşı isə tüstüdən zəhərlənərək tibbi yardım alıb. FTB hadisəni yəhudi icmasına qarşı hədəflənmiş zorakılıq aktı kimi araşdırır.

Chosen
99
afn.az

1Sources