İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum zamanı Fransa ordusunun bir hərbçisi ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.
"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb", - deyə o əlavə edib.
Fransa prezidenti hücumu qəbuledilməz adlandırıb. O bildirib ki, Fransa qoşunları bölgədə yalnız terrorizmlə mübarizə aparmaq üçündür.
Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub.
İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum olunub.
"Far.Az" xəbər verir ki, bu barədə İraqın Ərbil əyalətinin qubernatoru Ümid Xoşnəv "Rudaw" televiziya kanalına açıqlamasında bildirib.
"Ərbil əyalətinin Mala Kara rayonuna endirilən zərbə nəticəsində altı fransız əsgəri yaralanıb, lakin kürd peşmərgə qüvvələrindən heç biri yaralanmayıb", - deyə regional qubernator bildirib.
Qeyd edək ki, hərbi bazada Fransa və peşmərgə qüvvələri yerləşib.