EN

Lampeduza sahillərində ekipajsız tanker dreyf edir

Lampeduza sahillərində ekipajsız tanker dreyf edir

İtaliya dövlət televiziyasının birinci kanalı olan "Rai" Lampeduza adası sahillərində yanacaq daşıyan gəminin dreyf etdiyi barədə məlumat yayıb. Kanalın yaydığı görüntülərdən məlum olur ki, gəmi göyərtəsində heyət üzvü olmadan dreyf edir.

İddialara görə, tanker 900 ton yanacaq və iki ədəd mayeləşdirilmiş təbii qaz rezervuarı daşıyır. "Il Messaggero" qəzeti söhbətin martın 3-də Aralıq dənizində hücuma məruz qalmış Rusiyanın "Arktik Metaqaz" qazdaşıyan gəmisindən gedə biləcəyi ehtimalını irəli sürüb.

Daha əvvəl Rusiyaya məxsus qazdaşıyan gəminin Aralıq dənizində Ukraynanın Liviya sahillərindən idarə olunan pilotsuz katerləri tərəfindən hücuma məruz qaldığı bildirilmişdi. Hücum Avropa İttifaqının üzvü olan Malta Respublikasının ərazi sularının bilavasitə yaxınlığında baş verib. Nəqliyyat Nazirliyinin məlumatına görə, tanker bütün beynəlxalq qaydalara uyğun rəsmiləşdirilmiş yüklə Murmansk limanından yola düşmüşdü. Nazirlik bu hücumu beynəlxalq terrorizm və piratlıq aktı adlandırıb.

Qurumun məlumatına əsasən, 30 nəfərlik heyət üzvündən iki dənizçi xəsarət alıb.

Chosen
115
afn.az

1Sources