EN

ABŞ Rusiya neftinə sanksiyaların müvəqqəti ləğvinin səbəbini açıqlayıb

BAKI, 13 mart. TELEQRAF

ABŞ hakimiyyəti Rusiya nefti və neft məhsullarının satışına tətbiq edilən bəzi sanksiyaları qlobal enerji qiymətlərini azaltmaq məqsədilə yumşaldıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Nazir sosial şəbəkə "X"də yazıb ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda qlobal enerji bazarlarında sabitliyin qorunması üçün qəti addımlar atır.

“Mövcud tədarüklərin qlobal əhatəsini artırmaq üçün ABŞ Maliyyə Nazirliyi hazırda dənizdə qalmış Rusiya neftinin ölkələr tərəfindən alınmasına müvəqqəti icazə verir”, - deyə Bessent qeyd edib.

Xatırladaq ki, ABŞ hakimiyyəti martın 12-dək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına müvəqqəti icazə verib. Bu qərar həmin yüklərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan yaradır.

Chosen
69
teleqraf.com

1Sources