EN

Netanyahu: Tramp ilə hər gün danışırıq

BAKI, 13 mart. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla demək olar ki, hər gün telefon danışığı apardığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahu İranla qarşıdurma dövründə keçirdiyi ilk mətbuat konfransında açıqlama verib.

Baş nazir qeyd edib ki, onun ABŞ Prezidenti ilə telefon danışığı demək olar ki, hər gün baş tutur və bu söhbətlər açıq və sərbəst xarakter daşıyır.

Netanyahu İsrailin yeni İran lideri ilə bağlı planları barədə sualı cavablandırarkən bu mövzuda dəqiq məlumat vermək istəmədiyini bildirib.

Chosen
136
teleqraf.com

1Sources