EN

Elektron siqaretin DƏHŞƏTLİ FƏSADI: 33 yaşlı qadın qırtlaq xərçənginə TUTULDU

Nijni Novqorodda 33 yaşlı qadın veyp səbəbindən qırtlaq xərçənginə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Nijni Novqorodda yaşayan 33 yaşlı qadında səsinin güclü xırıldaması şikayəti ilə müraciət etdikdən sonra qırtlağın yastıhüceyrəli xərçəngi aşkar edilib.

Məlum olub ki, xəstəliyin yaranmasına səbəb pasiyentin beş il ərzində mütəmadi olaraq elektron siqaret (veyp) istifadə etməsidir.

Bənzər hadisə Rostov şəhərində də qeydə alınıb. Orada yaşayan bir kişi üç il ərzində hər gün 10 ədəd “stik” çəkdikdən sonra səsi batıb.

Tibbi müayinə nəticəsində onun boğazında böyük bir şiş aşkar edilib.

Mütəxəssislər bildirirlər ki, veyplərin və digər elektron çəkmə vasitələrinin tərkibində pnevmoniya, “popkorn” xəstəliyi və EVALI (elektron siqaret istifadəsi ilə bağlı ağciyər zədələnməsi) kimi ağır fəsadlara yol açan kimyəvi maddələr və ağır metallar mövcuddur.

Statistik məlumatlara görə, kişilər bu xəstəliklərə qadınlarla müqayisədə 8-10 dəfə daha çox meyillidirlər.

Həkimlər xəbərdarlıq edirlər ki, əgər səs qəfildən xırıldamağa başlayarsa və ya kobudlaşarsa, dərhal tibbi müayinədən keçmək zəruridir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
83
interpress.az

1Sources