EN

KİV: Əli Xameneinin həyat yoldaşı sağdır

Mənsurə Xocəstə - İsrailin zərbəsi nəticəsində həlak olmuş İranın sabiq ali rəhbəri Əli Xameneinin həyat yoldaşı sağdır.Bu barədə Rusiya KİV İranın "Fars" agentliyinə istinadən məlumat yayıb.

"Bildiririk ki, həlak olmuş ali rəhbərin həyat yoldaşı sağdır. Bu barədə ilkin məlumatlar yanlış olub", - agentliyin məlumatında qeyd edilib.

İran KİV martın 2-də məlumat vermişdi ki, Əli Xameneinin həyat yoldaşı fevralın 28-də İsrail hərbi hava qüvvələrinin Tehranda ayətullahın iqamətgahına hücumundan sonra ağır yaralanıb və komaya düşüb, daha sonra isə vəfat edib.

Chosen
68
9
anews.az

10Sources