AZ

Əli Xameneinin həyat yoldaşı sağdır - KİV

Mənsurə Xocəstə - İsrailin zərbəsi nəticəsində həlak olmuş İranın sabiq ali rəhbəri Əli Xameneinin həyat yoldaşı sağdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Bildiririk ki, həlak olmuş ali rəhbərin həyat yoldaşı sağdır. Bu barədə ilkin məlumatlar yanlış olub", - agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, İran KİV martın 2-də məlumat vermişdi ki, Əli Xameneinin həyat yoldaşı fevralın 28-də İsrail hərbi hava qüvvələrinin Tehranda ayətullahın iqamətgahına hücumundan sonra ağır yaralanıb və komaya düşüb, daha sonra isə vəfat edib.

Seçilən
69
9
missiya.az

10Mənbələr