EN

Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə etdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano “X”dəki hesabında yazıb.

“Bu günün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Milei, Meloni, Kast, Stubb, Modi, Takaiçi, Nawrocki, Dans, Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev), Mərakeş kralı VI Məhəmməd, Zelenski, Netanyahu, Merts və öz liqasında tək olan Donald Trampdır”, – paylaşımda bildirilib.

Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və “Heritage” fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, “Heritage”in antisemitizm əməliyyatlarının, o cümlədən “Esther” layihəsinin rəhbəridir.

Today’s list of Top RISING, impactful world leaders, Milei, Meloni, Kast, Stubb, Modi, Takaichi, Nawrocki, Dans, Aliyev, Mohammed VI

of Morocco, Zelenskyy, Netanyahu, and Merz and in a league of his own: @realDonaldTrump

— James Jay Carafano (@JJCarafano) March 12, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
7
globalinfo.az

8Sources