“Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) hazırlıqlar barədə xoş fikir mübadiləsi apardıq. Geri sayım mərhələsinə yaxınlaşdıqca liderliyi və dəstəyinə görə Azərbaycana minnətdarıq”.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax öz “X” hesabında yazıb.
“WUF13-ü birlikdə davamlı urbanizasiya və qlobal dialoq üçün bir mərhələyə çevirməyi hədəfləyirik”, - o əlavə edib.