EN

Paşinyan Putinə imtina etdi Qarabağ erməniləri yenə gündəmdə

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan hakimiyyəti Qarabağdan köçən ermənilərə Rusiyanın humanitar təşkilatları vasitəsilə göstərilən yardımdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, yardım proqramı 2025-ci ilin iyun–iyul aylarında erməni ictimai təşkilatlarının müraciətindən sonra “Russian Humanitarian Mission”, “ANO Eurasia” və Rossotrudniçestvo” xətti ilə başladılıb. Bu müddət ərzində Ermənistanda yaşayan təxminən 7 min ailəyə yardım göstərilib.

Zaxarovanın sözlərinə görə, humanitar yardım ölkənin demək olar ki, bütün iri şəhərlərinə, həmçinin ucqar və çətin əlçatan icma və kəndlərə çatdırılıb.

Rusiya XİN rəsmisi əlavə edib ki, Moskva Qarabağ ermənilərinə də daim dəstək göstərib.

“Əgər humanitar yardıma ehtiyac qalmasaydı, Ermənistanın bu qərarı başadüşülən olardı. Lakin vətəndaşlardan daxil olan müraciətlərin sayı artmaqda davam edir”, – deyə Zaxcarova vurğulayıb.

Rusiya tərəfinə verilən rəsmi cavabda isə bildirilib ki, Ermənistan qanunvericiliyinə görə seçkiqabağı dövrdə ianə və xeyriyyə yardımlarının göstərilməsi məhdudlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
137
50
globalinfo.az

10Sources