EN

Qadın voleybolçuların Yüksək Liqasında XVII tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunlarına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turun son günündə daha iki qarşılaşma keçirilib. Əvvəlcə “Abşeron” komandası “Gənclər” üzərində 3:0 (25:19, 25:20, 25:17) hesablı qələbə qazanıb. Günün digər matçında isə “Turan” kollektivi “Azərreyl”i 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə məğlub edib.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “DH Volley” UNEC-i 3:0, “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 hesabı ilə məğlub edib.

Chosen
46
2
90deqiqe.az

10Sources