AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"DH Volley" kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18), "Milli Aviasiya Akademiyası" isə "Gəncə"ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə üstələyib.

Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.

Seçilən
50
2
far.az

10Mənbələr