EN

Laricani regionu qaranlığa qərq etməklə hədələdi

“Əgər ABŞ İranın enerji sistemini sıradan çıxarmağa cəhd edərsə, Tehran buna Yaxın Şərqin şəbəkələrinə hücumla cavab verəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Telegram” kanalında bildirib.

İran rəsmisi bu fikirləri ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların İranın enerji sistemini bir saat ərzində məhv etmək qabiliyyəti barədə bəyanatını şərh edərkən deyib.

“Əgər onlar bunu etsələr, bütün region yarım saatdan az müddətdə qaranlığa qərq olacaq”, – deyə o qeyd edib.

Laricani əlavə edib ki, qaranlıqda qaçan amerikalı hərbçiləri təqib etmək üçün daha çox imkan yaranır./Oxu.az

Chosen
53
3
konkret.az

5Sources