EN

Etibar Əliyev veriliş aparmağa başladı VİDEO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Bakupost TV-də yeni maarifləndirici layihə – “Dünyanı dəyişənlər” verilişinin ilk buraxılışı yayımlanıb. Layihənin müəllifi və aparıcısı sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyevdir.

İlk buraxılışda Alfred Nobel və Nobel qardaşlarının fəaliyyəti, onların Bakı neft sənayesinin inkişafındakı rolu və məşhur "Nobel mükafatı"nın yaranma tarixi haqqında maraqlı faktlar təqdim olunur.

Verilişdə həmçinin Nobel qardaşlarının Bakıda qurduğu neft sənayesinin dünya iqtisadiyyatına və elmin inkişafına təsirindən də bəhs edilir.

“Dünyanı dəyişənlər” verilişi dünya tarixində iz qoymuş şəxsiyyətləri və onların bəşəriyyətə təsirini tamaşaçılara çatdırmağı məqsəd qoyur.

Bizi sosial şəbəkələrdə izləyin:

Telegram: https://t.me/bakupost

Facebook: https://www.facebook.com/bakupost

TikTok: https://www.tiktok.com/@bakupost

Instagram: https://www.instagram.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
1
www.bakupost.az

2Sources