ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
"Bakupost TV"-də yeni maarifləndirici layihə – “Dünyanı dəyişənlər” verilişinin ilk buraxılışı yayımlanıb. Layihənin müəllifi və aparıcısı sabiq millət vəkili, maarifçi Etibar Əliyevdir.
İlk buraxılışda Alfred Nobel və Nobel qardaşlarının fəaliyyəti, onların Bakı neft sənayesinin inkişafındakı rolu və məşhur "Nobel mükafatı"nın yaranma tarixi haqqında maraqlı faktlar təqdim olunur.
Verilişdə həmçinin Nobel qardaşlarının Bakıda qurduğu neft sənayesinin dünya iqtisadiyyatına və elmin inkişafına təsirindən də bəhs edilir.
“Dünyanı dəyişənlər” verilişi dünya tarixində iz qoymuş şəxsiyyətləri və onların bəşəriyyətə təsirini tamaşaçılara çatdırmağı məqsəd qoyur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.