Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Mersində qeydə alınıb. Məlumata görə, Mersinin Anamur rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü daxil olmaqla 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım, jandarma və yanğınsöndürmə qrupları göndərilib.
Yaralılar Anamur Dövlət Xəstəxanasına aparılıb.
Anar