Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.
Əvvəlcə "Abşeron" "Gənclər"i 3:0 (25:19, 25:20, 25:17), ardınca isə "Turan" "Azərreyl" kollektivini 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.
Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Qeyd edək ki, ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.