EN

Antonio Koştanın Bakıya səfərinin əsas məqsədi nədir? ŞƏRH

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya rəsmi səfər edib. Prezidentin Bakıya gəlişi sadəcə protokol xarakterli deyil. Bu səfər Avropanın enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində Azərbaycanın vazkeçilməz tərəfdaş kimi görüldüyünün növbəti təsdiqidir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi.

Onun sözlərinə görə, son zamanlar regionda yaşanan gərginlik Avropada enerji təhlükəsizliyi ilə bağlı ciddi problemləri meydana çıxarır ki, bu da Azərbaycanın strateji önəmini daha da artırır:

"Ukraynada davam edən müharibə Avropanı Rusiya qazından asılılığı minimuma endirməyə vadar edir. Belə bir şəraitdə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə tədarük etdiyi mavi yanacaq Avropa üçün həyati əhəmiyyət kəsb edir.

Dövlət başçısının qeyd etdiyi ticarət rəqəmləri Azərbaycanın ən əsas iqtisadi tərəfdaşının Avropa İttifaqı olduğunu bir daha sübut edir. Avropa İttifaqı Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları nəzərə almaya bilməz. Ehtimal olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması prosesinə öz töhfəsini verməyə çalışacaq. Brüssel bölgənin artan iqtisadi və siyasi rolunun fərqindədir və bu proseslərdən kənarda qalmaq istəmir. Xüsusilə, Zəngəzur dəhlizinin Şərq-Qərb ticarət yolunda əsas həlqəyə çevriləcək olması Cənubi Qafqazın əhəmiyyətini qlobal miqyasda artırır”.

Siyasi şərhçi vurğuladı ki, Azərbaycan artıq təkcə ənənəvi qaz ixracatçısı deyil, həm də mühüm yaşıl enerji mərkəzinə çevrilmək niyyətindədir:

“Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli vasitəsilə bərpa olunan enerjinin Avropaya nəqli hazırda gündəmin əsas mövzularından biridir. Rusiya ilə artan gərginlik fonunda Avropa İttifaqının Rusiyadan yan keçməklə Çindən Avropaya yük daşımaları üçün etibarlı tranzit yollarına ehtiyacı var. Orta Dəhliz layihəsi hazırda bu məsələdə əvəzedilməz rola malikdir və Azərbaycan bu dəhlizin əsas halqasıdır. Gələcəkdə bu sahəyə, eləcə də kənd təsərrüfatı, texnologiya və rəqəmsallaşma sektorlarına Avropadan böyük həcmdə investisiyaların yatırılması gözlənilir. İttifaq rəhbərinin ölkəmizə səfəri bir daha təsdiqləyir ki, Azərbaycan Avropa üçün regionda etibarlı və əvəzolunmaz strateji müttəfiqdir”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
redaktor.az

2Sources