Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.
Əvvəlcə "Abşeron" "Gənclər"i 3:0 (25:19, 25:20, 25:17), ardınca isə "Turan" "Azərreyl" kollektivini 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.
Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Qeyd edək ki, ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.