EN

ABŞ İsrail İran müharibəsi üçün bir aylıq plan hazırlanıb Cevat Gök

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Türkiyə ABŞ və İsrailə ərazisini istifadə etdirməyəcək” 

 “İran üçün atəşkəsi qəbul etmək məğlubiyyət kimi görünür”

İsrail-ABŞ-İran müharibəsinin 13-cü günüdür. Regionda davam edən gərginlik fonunda müharibənin gedişi və mümkün nəticələri ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Hətta yeni aktorların da qoşulma ehtimalı təhlükəsizlik mühitini daraldır. Gərginliyin nə vaxta qədər davam edəyi isə sual altındadır.

Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Cevat Gök region və dünyada hökm sürən gərginliklə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-İsrail-ABŞ-İran müharibəsi nə vaxt bitəcək?

-Müharibənin uzun müddət davam edəcəyinə dair fikirlər olsa da, mən bir aylıq plan qurulduğunu düşünürəm. 

Çünki bu müharibə ilk üç gündə dağıdıcı təsir göstərmədiyi üçün ikinci mərhələyə- yıpratma (tükətmə) mərhələsinə keçildi. Bu mərhələ təxminən 3 həftə çəkəcək.

-Türkiyənin mövqeyi dəyişə bilərmi?

-Türkiyə heç bir halda Amerikaya və ya İsrailə buradan uçuşlar və ya imkanlar verməyəcək. Nə raketlər, nə də Amerikanın döyüş təyyarələri üçün Türkiyə öz torpaqlarını istifadə etdirməz.

Amma nəticə etibarilə sülh, atəşkəs çağırışları edilir. İndi ətraf ölkələrdə əgər bir danışıqlar olacaqsa, Türkiyə bunun üçün ən uyğun ölkə kimi görünür. Onsuz da rəsmi Ankara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

-Trampın çıxışlarında yumuşalma hiss olunur. İran sülhə gedə bilərmi?

-Amma görünən odur ki, İran sülhü qəbul etmir. Çünki küçələrdə insanlar hələ də “intiqam” deyirlər. Dini liderin, komanda heyətinin öldürüldüyü bir vəziyyətdə atəşkəsi qəbul etmək İran üçün məğlubiyyətdir.

Ona görə də həm xalq, həm də hərbi komanda heyəti müharibənin davam etməsini istəyir.

-İsrailin Tehrandakı Şimali Koreya səfirliyini vurmasından sonra Kim Çen In deyib ki, "Bu hərəkət cəzasız qalmayacaq. Əgər İranın yeni liderinə sui-qəsd edilərsə, biz İranı nüvə raketləri ilə dəstəkləyəcəyik". Onun bu fikrinə münasibətiniz necədir?

-Şimali Koreya nəticə etibarilə ideologiya dövlətidir. İdeologiya dövlətləri bir-birlərinin yanında dayanırlar. Hər nə qədər ideologiyaları bir-birinə tam uyğun olmasa da, dünyadakı iqtisadi kapitalist nizama qarşı çıxan ölkələr bir-birinə dəstək verirlər.

Bu baxımdan ümumi bir açıqlama veriblər. Praktikada Kim Çen In İrana real dəstək verməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
sherg.az

1Sources