EN

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura yekun vurulub.

"Report" xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Abşeron" "Gənclər"i 3:0 (25:19, 25:20, 25:17), ardınca isə "Turan" "Azərreyl" kollektivini 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Qeyd edək ki, ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.

Chosen
17
2
far.az

10Sources