EN

Paşinyan Vensə qondarma "Artsax"la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib.

APA xəbər verir ki, o, bu gün brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax haqqında kitab hədiyyə etməsi və Artsax barədə danışması ilə bağlı suala cavabında deyib.

Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. Mən bunu hökumətin həyata keçirdiyi xarici siyasətə zidd hərəkət hesab etdim, bunu təxribatçı hərəkət hesab etdim və ərizənin yazılmasını xahiş etdim, - Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır: “Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə, əcnəbi qonağa Artsax məsələsi ilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasət Ermənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən rəsmi məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyət klubudur?

Chosen
78
6
apa.az

7Sources