EN

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan regionun güclü dövləti olaraq dünyada “orta güc” sayılır və onun qlobal məsələlərə yanaşması əhəmiyyətli xarakter daşıyır. Azərbaycan Cənubi Qafqazda yerləşsə də uzaq regionlarda fəal siyasi və iqtisadi rol oynayaraq varlığını göstərir. XIII Qlobal Bakı Forumunda iştirak edənlərə baxsaq görərik ki, dünyanın müxtəlif ölkələrindən foruma qatılanlar var. Bu müxtəliflik Azərbaycanın nüfuzunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Ankara Sosial Elmlər Universitetinin ABŞ araşdırmalar institunun rəhbəri dosent-doktor Barın Kayaoğlu deyib.

Onun sözlərinə görə, forumda elm adamlarının iştirakı vacib məsələdir.

“Dünyadakı proseslərin elmi araşdırılması və nəticələrin dərc edilməsi sabit inkişafa imkanlar yaradır. Bu gün dünyada çox gərgin geosiyasi proseslər baş verir və bu proseslərə parelel olaraq XIII Qlobal Bakı Forumunun keçirilməsi təsirli vasitədir. Əslində soyuq müharibə dövründə də dünyada siyasi sabitlik tam olaraq bərpa edilməmişdi. Əfqanıstanda, Vyetnamda, Afrika dövlətlərində, Yaxın Şərqdə o dövrdə də münaqişə və müharibələr olmuşdu. Həmin dövrdə də resurslara nüfuz etmək uğrunda mübarizə aparılırdı. Bu gün isə dünyada hamıya yetəcək qədər resurs var və onun ədalətli bölgüsü tam sabitliyin yaranmasına səbəb ola bilər. Bu ədalətin bərpa olunması yollarını tapmaq lazımdır. XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir”, - deyə Barın Kayaoğlu əlavə edib.

Foto: Tofiq Babayev

Video: Vüsal Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
96
2
azertag.az

3Sources